...

Azərbaycanın neft ixracı 2,3% azalıb, qaz ixracı 7% artıb

İqtisadiyyat Materials 14 Mart 2025 11:25 (UTC +04:00)
Azərbaycanın neft ixracı 2,3% azalıb, qaz ixracı 7% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanın neft ixracatı 24,4 milyon ton, qaz ixracatı isə 25,5 milyard kubmetr olub ki, bu da 2023-cü illə müqayisədə müvafiq olaraq 2,3% az və 7,0% çoxdur.

Trend bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, bəhs olunan dövrdə Dövlət Neft Şirkəti (SOCAR) üzrə 7,5 milyon ton neft və 7,7 milyard kubmetr qaz hasil edilib, neftin, 1,2 milyon tonu, təbii qazın isə 2,8 milyard kubmetri ixraca yönəldilib.

İxrac olunan neftin bütün həcmi Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql olunmuşdur. Neft və qazın ixracından daxilolmalar ümumilikdə 1,3 milyard ABŞ dolları təşkil edib.

“Ötən il Azərbaycanda neft qaz-sektorunda 29,1 milyon ton neft və 50,6 milyard kubmetr qaz hasil edilib.
Hasil olunmuş neftin 79,4%-i və qazın 89,4%-i qeyri-dövlət sektoru üzrə neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin payına düşüb.

Ümumilikdə 2003-cü illə müqayisədə respublikada neft hasilatı 1,8 dəfədən çox, qaz hasilatı isə 9,6 dəfə artıb”, - deyə hesabatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti