Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycana 8,4 milyon kilovatt-saat (kVt·st) elektrik enerjisi idxal edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon kVt·st və ya 37,8% azdır.
Belə ki, 2024-cü ilin ikinci ayında Azərbaycana 13,5 milyon kilovatt-saat (kVt·st) elektrik enerjisi idxal edilib.
Bəhs olunan dövrdə Azərbaycanın elektrik enerjisi ixracı 146,1 milyon kVt·st olub. Bu, əvvəlki ilin fevral ayı ilə müqayisədə 39,4 milyon kVt·st, yaxud da 36,9% çoxdur. Ötən ilin ikinci ayında bu göstərici 106,7 milyon kVt·st idi.
Qeyd edək ki, fevralda Azərbaycanda elektrik enerjisinin istehsalı 2,37 milyard kVt·st olub ki, bu da, illik müqayisədə 101 milyon kVt·st və ya 4,4% çoxdur. 2024-cü ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2,2 milyard kVt·st olub.