Bakı. Trend:
Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
“İsrailə işgüzar səfərimiz çərçivəsində İsrail Dövlətinin Prezidenti cənab İsxak Hersoqun qəbulunda olduq. Azərbaycan və İsrail əlaqələrinin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş istiqamətlərini və iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirdik”, - deyə paylaşımda qeyd edilib.