...

Ötən il Orta Dəhlizlə Azərbaycan ərazisindən 4,5 milyon ton yük daşınıb – RİNN

İqtisadiyyat Materials 17 Mart 2025 14:42 (UTC +04:00)
Ötən il Orta Dəhlizlə Azərbaycan ərazisindən 4,5 milyon ton yük daşınıb – RİNN
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ölkə ərazisində tranzit yükdaşımaların həcmində artım müşahidə olunub.

Trend xəbər verir ki, bunu “Azərbaycan – transkontinental mega marşrutların "Şərq-Qərb" və "Şimal-Cənub" kəsişmə nöqtəsində” mövzusunda təşkil edilmiş dəyirmi masada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aytən Turabova deyib.

O bildirib ki, bu artımın nəticəsi olaraq ötən il ölkə ərazisindən tranzit yükdaşımaların həcmi 14,5 milyon ton olaraq qiymətləndirilib. Bu, baza ili hesab edilən 2019-cu illə müqayisədə 2,5 dəfə artım deməkdir:

“Bu göstəricinin 4,5 milyon tonu Orta Dəhliz üzərindən daşınıb ki, burada da, 7%-lik artım müşahidə olunub. Eyni zamanda 2,1 milyon tonu isə Şimal-Cənub dəhlizi üzərindən daşınıb ki, bu da, 26% artım göstərib”.

Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti