Bakı.Trend:
Ötən il "Aframax" tipli tanker ("Aitolos") alınaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC -nin (ASCO) balansına qəbul edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Məlumata görə, bu gəminin alışının maliyyələşdirilməsi hesabat iində tərəfindən tədavülə buraxılan 50 mln. ABŞ dolları həcmində istiqrazlar və əlavə cəlb olunmuş vəsait hesabına həyata keçirilib.
Bununla da ASCO-nun idarəetməsində olan iri dedveytli "Aframax" tipli tankerlərin sayı 5-ə çatıb.