...

Azərbaycandan İsrailə pul köçürmələri artıb, əks istiqamətdə isə azalıb

İqtisadiyyat Materials 24 Mart 2025 14:58 (UTC +04:00)
Azərbaycandan İsrailə pul köçürmələri artıb, əks istiqamətdə isə azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,740 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 450 min ABŞ dolları və ya 19,6% artıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində İsrailin payı 0,5% təşkil edib.

Həmçinin, ötən il İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 13,626 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 199 min ABŞ dolları və ya 1,4% azalma deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində İsrailin payı 1,3% təşkil edib.

2023-cü ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,290 milyon ABŞ dolları, əks istiqamətdə isə 13,825 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti