Bakı. Trend:
Ötən il Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,6 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 953 min ABŞ dolları və ya 26% artıb.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Özbəkistanın payı 0,9% təşkil edib.
Həmçinin, ötən il Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,96 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 937 min ABŞ dolları və ya 7,9% azalma deməkdir.
Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Özbəkistanın payı 1% təşkil edib.
2023-cü ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 11,9 milyon ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.
Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.