...

Sənaye sektoruna investisiya qoyuluşunun həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 Mart 2025 13:33 (UTC +04:00)
Sənaye sektoruna investisiya qoyuluşunun həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sahəsində əsas kapitala 899,3 milyon manat investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,5 milyon manat və ya 11,5% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə sənaye sahəsində əsas kapitala 1 milyard manatdan artıq investisiya yönəldilmişdi.

Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 44,8%-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti