...

Azərbaycandan Almaniyaya və əks istiqamətdə pul köçürmələri azalıb

İqtisadiyyat Materials 26 Mart 2025 16:16 (UTC +04:00)
Azərbaycandan Almaniyaya və əks istiqamətdə pul köçürmələri azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan Almaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 23,3 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 342 min ABŞ dolları və ya 1,4% azalıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Almaniyanın payı 4,4% təşkil edib.

Həmçinin, ötən il Almaniyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 24,1 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 6,4 milyon ABŞ dolları və ya 20,9% azalma deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Almaniyanın payı 2,2% təşkil edib.

2023-cü ildə Azərbaycandan Almaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 23,6 milyon ABŞ dolları, əks istiqamətdə isə 30,5 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti