Bakı. Trend:
Ötən il Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi əvvəlki illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalaraq 1,762 milyard ABŞ dollarına düşüb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu dövrdə Azərbaycan ən çox Birləşmiş Ərəb Əmirliklərinə investisiya edib. Belə ki, bu ölkəyə yatırılan sərmayənin həcmi 457 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 4,8 dəfə və ya 362,7 milyon ABŞ dolları çox) olub.
Siyahının ikinci yerində 249 milyon ABŞ dolları ilə (86,3% və ya 1,6 milyard ABŞ dolları az) Türkiyə qərarlaşıb.
Azərbaycanın ən çox investisiya yatırdığı digər ölkə isə Gürcüstan olub. Bu ölkəyə yatırılan investisiyaların həcmi 165 milyon ABŞ dolları (77,8 milyon ABŞ dolları və ya 1,9 dəfə çox) təşkil edib.
2024-cü ildə Azərbaycan ən çox bu ölkələrin iqtisadiyyatına sərmayə qoyub:
Dövlətlərin adı | Məbləğ | Xüsusi |
(min ABŞ dolları) | çəkisi (faizlə) | |
Birləşmiş Ərəb Əmirlikləri | 457 531 | 26,0 |
Türkiyə | 248 957 | 14,1 |
Gürcüstan | 165 046 | 9,4 |
Birləşmiş Krallıq | 111 160 | 6,3 |
Özbəkistan | 93 108 | 5,3 |
Amerika Birləşmiş Ştatları | 88 527 | 5,0 |
İtaliya | 72 379 | 4,1 |
İsveçrə | 66 591 | 3,8 |
İspaniya | 53 710 | 3,0 |
Avstriya | 49 276 | 2,8 |
İsveç | 45 499 | 2,6 |
Avstraliya | 40 335 | 2,3 |
Danimarka | 28 376 | 1,6 |
Qırğızıstan | 27 130 | 1,5 |
Yaponiya | 25 410 | 1,4 |
Almaniya | 22 935 | 1,3 |
Niderland | 21 413 | 1,2 |
Fransa | 19 224 | 1,1 |
Rusiya Federasiyası | 18 559 | 1,1 |
Koreya Respublikası | 17 906 | 1,0 |
Honkonq | 14 501 | 0,8 |
İrlandiya | 12 366 | 0,7 |
Qazaxıstan | 9 634 | 0,5 |
Sinqapur | 7 193 | 0,4 |
Norveç | 6 967 | 0,4 |
Ukrayna | 6 021 | 0,3 |
Finlandiya | 3 860 | 0,2 |
Çin | 2 769 | 0,2 |
Belçika | 2 039 | 0,1 |
Digər dövlətlər | 24 269 | 1,5 |