Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 110,4 min kubmetr tikinti kərpicləri istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, tikinti kərpiclərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 26 min kubmetr və ya 30,8% artıb.
Belə ki, 2024-cü ilin eyni dövründə ölkədə 84,4 min kubmetr tikinti kərpicləri istehsal edilib.
Cari ilin mart ayının birinə ölkədə hazır tikinti kərpiclərinin ehtiyatı 7,6 min kubmetr təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 187,6 milyon manatlıq tikinti materialları istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon manat və ya 7,9% çoxdur. Ötən ilin ilk iki ayında Azərbaycanda 173,9 milyon manatlıq tikinti materialları istehsal olunub.