Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 29,9 min ton polietilen istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, polietilen istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 min ton və ya 22,5% artıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda 24,4 min ton polietilen istehsal olunub.
Qeyd edək ki, hesabat dövründə kimya sənayesi məhsullarından etilen istehsalı 12,9 faiz, propen (propilen) istehsalı 5,6 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 11,8 faiz, polietilendən kisə və çantalar istehsalı isə 37,6 faiz azalıb.