...

ABŞ-nin yeni rüsumları fonunda Tokio Fond Birjası çöküb

İqtisadiyyat Materials 7 Aprel 2025 06:42 (UTC +04:00)
ABŞ-nin yeni rüsumları fonunda Tokio Fond Birjası çöküb

Bakı. Trend:

Asiyanın ən böyük Tokio Fond Birjasında (TFB) ticarət sessiyası ABŞ rüsumları ilə bağlı investorların narahatlığı fonunda kotirovkaların kəskin azalması ilə açılıb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.

Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin qiymətlərini əks etdirən əsas "Nikkei" indeksi sessiyanın açılışından sonra ilk 10 dəqiqə ərzində 6,46 faiz azalaraq 31 596,83 bənd təşkil edib.

TFB-də əsas ticarət sessiyasından əvvəl erkən fyuçers ticarəti 8 faizdən çox enişdən sonra dayandırıldı - avtomatik sistem işə salındı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti