...

Azərbaycanda bu su kanalı əsaslı təmir olunacaq

İqtisadiyyat Materials 7 Aprel 2025 20:08 (UTC +04:00)
Azərbaycanda bu su kanalı əsaslı təmir olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayonu ərazisində yerləşən Qəzli-Aşıqbayramlı (PK20+00-PK28+00;L=0,8km) su kanalında əsaslı təmir işləri aparılacaq.

Trend-in əldə etdiyi məlumata görə, əsaslı təmir işləri su kanalının üzərindəki qurğularla birlikdə həyata keçiriləcək.

Belə ki, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətində müvafiq işlərə start verilib.

Dövlət xidməti hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda, qurum görüləcək işlərin qarşılığında şirkətə 250 min manat ödəməyə hazır olduğunu da bildirir.

Xəbər lenti

Xəbər lenti