Bakı. Trend:
İqlim siyasətləri Azərbaycanın qlobal enerji keçidinə hazırlaşmasına kömək edəcək, emissiyaların azaldılmasına və iqlim dəyişikliklərinə uyğunlaşmanın gücləndirilməsinə töhfə verəcək.
Trend bu barədə Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən xəbər verir.
Fondun proqnozlarına görə, Karbon Sərhəd Tənzimləmə Mexanizminin yaxın müddətdə Aİ ilə mövcud ticarətə ciddi təsir göstərəcəyi gözlənilməsə də, metallurgiya və kimya sənayelərinə yönəlik diversifikasiya bu təsirdən zərər görə bilər, neft və qaz sektorları isə orta müddətdə əhatə oluna bilər.
Fond əməkdaşları hökumətin 2030-cu ilə qədər quraşdırılmış gücdə bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq səylərini, eləcə də dövlət neft şirkətinin karbon neytrallığı və metan emissiyalarının azaldılması hədəflərinn tərəfdarıdırlar.
Eyni zamanda, birbaşa və dolayı qalıq yanacaq subsidiyalarının aradan qaldırılmasının zəruriliyi bir daha vurğulanır. Bu, enerji resurslarından daha səmərəli istifadəyə şərait yaradacaq və həmçinin yaşıl texnologiyalara investisiyalar və daha həssas təbəqələr üçün vəsait azad edəcək.