...

“Paysis” MMC ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozub

İqtisadiyyat Materials 10 Aprel 2025 16:37 (UTC +04:00)
“Paysis” MMC ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Paysis” MMC-yə ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozduğu üçün təshih tədbirləri tətbiq edilib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “Paysis” MMC-də aparılan ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması və təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunması yoxlanılıb.

“Paysis” MMC tərəfindən ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən, “Paysis” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib”, - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti