...

Azərbaycan Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib – Nazir

İqtisadiyyat Materials 11 Aprel 2025 15:56 (UTC +04:00)
Azərbaycan Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib – Nazir
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Trend xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını deyən nazir bərpa və quruculuq işlərində Azərbaycanın Moldova və digər tərəfdaş ölkələrin ən yaxşı təcrübələrindən istifadə edə biləcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladan nazir moldovalı sahibkarları Azərbaycana investisiya yatırmağa, eləcə də respublikamızın nəqliyyat və logistika imkanlarından səmərəli istifadə etməyə çağırıb:

“Azərbaycan Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dəniz limanları, dəmir yolu rabitəsi, hava limanları və avtomobil yolları, Şərq və Qərbi, Cənubla Şimalı birləşdirən müasir nəqliyyat infrastrukturu bizə səmərəli ticarət əlaqələrimizi artırmaq üçün böyük üstünlüklər verir. Mən hər iki tərəfdən investorları Azərbaycan və Moldovada iqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağa çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti