...

Azərbaycanla Moldova arasındakı ticarət dövriyyəsində artım müşahidə olunur

İqtisadiyyat Materials 11 Aprel 2025 16:32 (UTC +04:00)
Azərbaycanla Moldova arasındakı ticarət dövriyyəsində artım müşahidə olunur
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Moldova arasındakı ticarət dövriyyəsində artım müşahidə olunur.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Azərbaycan-Moldova biznes-forumunda etdiyi çıxışda bildirib.

“Cari ilin yanvar-fevral aylarında Azərbaycan və Moldova arasında ticarət dövriyyəsi 26,6 faiz artaraq, 1,3 milyon ABŞ dollarına çatıb. Əminəm ki, biz bundan sonra da pozitiv artım tendensiyasını qoruyub saxlaya biləcəyik” ,- deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, bu günə olan göstəricilərə əsasən, Azərbaycanda nəqliyyat, sənaye, inşaat, ticarət sahələrində fəaliyyət göstərən 20 Moldova şirkəti dövlət qeydiyyatından keçib.

“Turizm sahəsində də müsbət irəliləyişləri qeyd etmək lazımdır. 2024-cü ildə Azərbaycan ilə Moldova arasında turist axını, demək olar ki, 13% artıb. Milli aviasiya daşıyıcıları müntəzəm reysləri yerinə yetirməyə davam edir, may ayından etibarən aviareyslər hər gün həyata keçiriləcək ki, bu da turizm əlaqələrinin daha da inkişaf etməsinə töhfə verəcək”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti