...

TDT-nin ÜDM-i 2,1 trilyon dolları ötüb – Kubanıçbek Ömüralıyev

İqtisadiyyat Materials 12 Aprel 2025 15:36 (UTC +04:00)
TDT-nin ÜDM-i 2,1 trilyon dolları ötüb – Kubanıçbek Ömüralıyev
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının orta ümumi daxili məhsulunun (ÜDM) həcmi 2,1 trilyon dolları ötüb.

Trend-in xəbərinə görə, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Antalya Diplomatik Forumunda etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, TDT-nin ÜDM-i böyüməkdə olan bazarlarda daha vacib bir yer əldə edib:

“Bu nəticələrə baxdığımız zaman görürük ki, 2024-cü ildə TDT-nın ticarət gəliri 1,1 trilyon ABŞ dollarına çatıb. TDT üzv ölkələri arasındakı qarşılıqlı ticarət həcmi bu məbləğin cəmi 7%-ni, yəni təxminən 57 milyard ABŞ dollarını təşkil edir. TDT kimi böyüməkdə olan bir qurum üçün üzv ölkələr arasındakı ticarət dövriyyəsinin ən azı 10%-ə çatdırılması strateji hədəf olmalıdır”.

Ömüralıyev qeyd edib ki, bu məqsədə nail olmaq üçün əsas təşəbbüs bu il fəaliyyətə başlayan Türk İnvestisiya Fondudur:

"Bu müştərək maliyyə qurumu regionda strateji infrastruktur, kiçik və orta sahibkarlıq (KOB) və innovasiya layihələrini dəstəkləmək məqsədi daşıyır. Bununla yanaşı, biznes əlaqələrini dərinləşdirmək üçün Türk Ticarət və Sənaye Palatası yaradılıb və ticarət maneələrini aradan qaldırmaq üçün Ticarət Mexanizmi Komitəsi təkmilləşdirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti