Bakı. Trend:
İqtisadi aktivliyin davam etməsi və müddətli depozit bazasının artımı hesabına bank sektorunun balansı genişlənməkdə davam edir.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov bu gün maliyyə sabitliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü il ərzində bank sektorunun aktivləri 8% (4.03 mlrd. manat) artaraq 53 mlrd. manat təşkil edib:
"Öhdəliklər isə 8% (3.41 mlrd. manat) artaraq 46.4 mlrd. manat təşkil edib. Nəticədə, bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti 2 faiz bendi artaraq 42%-ə çatıb".