...

ÜTT MDB məkanında 2025-2026-cı illərdə ticarət artımı ilə bağlı proqnozlarını verib

İqtisadiyyat Materials 16 Aprel 2025 17:35 (UTC +04:00)
ÜTT MDB məkanında 2025-2026-cı illərdə ticarət artımı ilə bağlı proqnozlarını verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Ticarət Təşkilatı qarşıdakı iki il ərzində MDB ölkələrində ixracın mülayim artımını, idxalın isə yavaşlamasını proqnozlaşdırır.

Trend xəbər verir ki, ÜTT-nin əsas proqnoz ssenarisinə əsasən, 2025-ci ildə MDB ölkələrindən ixracın 4% artacağı gözlənilir. Dəqiqləşdirilmiş proqnoza görə isə bu göstərici 4,4% təşkil edəcək. Bu, 2024-cü ildə müşahidə olunan 2,3%-lik artım və 2023-cü ildəki 4,3%-lik azalmadan sonra baş verəcək.

2026-cı il üçün əsas ssenariyə görə ixracda 0,1% azalma, dəqiqləşdirilmiş proqnoza görə isə cüzi – 0,1% artımı gözlənilir.

İdxala gəldikdə isə, pandemiyadan sonrakı artım mərhələsindən sonra nəzərəçarpacaq dərəcədə yavaşlama gözlənilir. Belə ki, 2023-cü ildə 18% artımdan və 2024-cü ildə bu artımın 5%-ə qədər zəifləməsindən sonra, 2025-ci ildə idxal cəmi 0,1% artacaq (dəqiqləşdirilmiş ssenariyə görə – 0,5%). 2026-cı ildə isə hər iki ssenari üzrə artım 2,1% təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti