...

ÜTT 2025-2026-cı illər üzrə MDB ölkələrinin ÜDM artımı proqnozunu verib

İqtisadiyyat Materials 16 Aprel 2025 18:16 (UTC +04:00)
ÜTT  2025-2026-cı illər üzrə MDB ölkələrinin ÜDM artımı proqnozunu verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qarşıdakı iki ildə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində iqtisadi artım tempinin zəifləyəcəyini gözləyir.

Trend xəbər verir ki, ÜTT-nin son proqnozuna əsasən, 2025-ci ildə MDB ölkələrinin ÜDM artımı bazar mübadilə məzənnələri ilə hesablandıqda əsas ssenari üzrə 2,2%, dəqiqləşdirilmiş ssenari üzrə isə 2,3% təşkil edəcək. 2026-cı ildə bu göstəricinin hər iki ssenari üzrə 1,8%-ə qədər enəcəyi gözlənilir.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə MDB ölkələrinin ÜDM artımı 3,9% təşkil edib, 2024-cü ildə isə 4,3%-ə çatıb

İlin əvvəlində ÜTT iqtisadçıları 2025 və 2026-cı illərdə qlobal ticarətin artmağa davam edəcəyini proqnozlaşdırırdılar. Onların hesablamalarına görə, mallarla ticarət ÜDM ilə paralel artmalı, kommersiya xidmətləri ilə ticarət isə bu artımı qabaqlamalı idi. Lakin yanvar ayından etibarən tətbiq olunan yeni rüsum ölçülərinin sayı artdığı üçün proqnozlara yenidən baxılıb.

Yeni gömrük rüsumlarının və ticarət siyasətində artan qeyri-müəyyənliyin təsiri ilə ÜTT 2025-ci ildə mallarla ticarət həcminin 0,2% azalacağını proqnozlaşdırır (2024-cü ildə bu göstərici 2,9% artım təşkil edib). 2026-cı ildə isə qlobal tələbatın zəifləməsi fonunda artımın 2,5%-ə dirçələcəyi gözlənilir.Kommersiya xidmətləri ilə ticarət isə 2023-cü ildəki 6,8%-lik artımdan sonra bu il 4%-ə qədər zəifləyəcək, 2026-cı ildə isə yenidən sürətlənərək 4,1%-ə çatacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti