...

Birinci rübdə Azərbaycanda stasionar nəqletmə vasitələri daşınmış yüklərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 17 Aprel 2025 14:54 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda stasionar nəqletmə vasitələri daşınmış yüklərin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda stasionar nəqletmə vasitələri ilə 5,6 milyard ABŞ dolları dəyərində 10,5 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 275,4 milyon ABŞ dolları və ya 5,2%, miqdar ifadəsi ilə 1,1 milyon ton və ya 11,5% çoxdur.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda stasionar nəqletmə vasitələri ilə 5,3 milyard ABŞ dolları dəyərində 9,4 milyon ton yük daşınmışdı.

Hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 5,578 milyard ABŞ dolları dəyərində 10,371 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 290,6 milyon ABŞ dolları və ya 5,5%, miqdar ifadəsində isə 1,141 milyon ton və ya 12,4% çoxdur.

Ötən ilin müvafiq dövründə bu rəqəmlər 5,288 milyard ABŞ dolları və 9,230 milyon ton idi.

Eyni zamanda dövr ərzində stasionar nəqletmə vasitələri ilə Azərbaycana 23,4 milyon ABŞ dolları dəyərində 109,9 min ton yük idxal edilib. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə dəyər ifadəsi ilə 15,2 milyon ABŞ dolları və ya 39,4%, miqdar ifadəsi ilə 55,6 min ton və ya 33,6% azdır.

Ötən ilin yanvar mart aylarında bu nəqliyyat vasitəsilə Azərbaycana 38,6 milyon ABŞ dolları dəyərində, 165,5 min ton miqdarında yük idxal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti