...

Neft Fondu Şimali Amerikaya investisiyalarının payını azaldıb

İqtisadiyyat Materials 19 Aprel 2025 10:35 (UTC +04:00)
Neft Fondu Şimali Amerikaya investisiyalarının payını azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübünün sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 26,2%-ni Şimali Amerikaya yatırılan investisiyalar təşkil edib.

Trend bu barədə Fonddan məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azdır. Belə ki, 2024-cü ilin martın sonuna ARDNF-nin investisiya portfelində Şimali Amerikaya yatırılan investisiyaların həcmi 33,1% idi.

Bununla yanaşı cari ilin hesabat dövründə Fondun investisiya portfelinin 29,8%-ni Avropaya, 11,8%-ni Asiyaya, 0,8%-ni Yaxın Şərqə, 0,7%-ni Yeni Zellandiya və Avstraliyaya, 0,1%-ni Latın Amerikaya yatırılan investisyalar təşkil edib.

Qızıla investisiyalar portfelin 25,8%-i, beynəlxalq maliyyə təşkilatlarına investisiyalar isə portfelin 4,8%-i qədər olub.

Qeyd edək ki, cari ilin birinci rübünün sonuna ARDNF-nin cəmi investisiya portfeli 62,450 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,436 milyard ABŞ dolları və ya 9,5% çoxdur. Belə ki, 2024-cü ilin mart ayının sonuna Fondun cəmi investisiya portfeli 57,014 milyard ABŞ dolları olub.

Cəmi investisiya portfelinin 66,1%-ni ABŞ dolları (41,248 milyard), 21,4%-ni avro (12,218 milyard), 5,1%-ni ingilis funt sterlinqi (2,431 milyard), 2,5%-ni Çin yuanı (11,276 milyard), 1,3%-ni yapon yeni (122,914 milyard) və 3,6%-ni digər valyutalar (2,282 milyard ABŞ dolları) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti