...

Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib

İqtisadiyyat Materials 21 Aprel 2025 15:14 (UTC +04:00)
Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən bir sıra arayışlar “etender.gov.az” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, dövlət satınalmalarının vahid internet portalı ilə “Elektron məhkəmə” informasiya sistemi arasında aparılan inteqrasiya prosesi nəticəsində Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən “Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi” və “Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” haqqında arayışları bundan sonra onlayn rejimdə portal vasitəsilə əldə etmək mümkün olacaq.

Arayışların portal vasitəsilə əldə edilməsi barədə qaydalarla linkə keçid edərək tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti