Bakı. Trend:
Azərbaycan Mərkəzi Bank tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə tədbir keçirilib.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Bildirilib ki, interaktiv formada keçən tədbir çərçivəsində sığorta sahəsində rəqəmsallaşma prosesləri, texnoloji həllərin tətbiqi, startaplarla əməkdaşlıq imkanları, eləcə də sığorta texnologiyalarının gələcək perspektivləri müzakirə olunub.
Mərkəzi Bankın ekspertləri ilə tədbir iştirakçıları arasında texnoloji inkişaf dövründə qarşıya çıxan çağırışlar və imkanlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.