...

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın ötən il üzrə icra statusu açıqlanıb

İqtisadiyyat Materials 22 Aprel 2025 14:28 (UTC +04:00)
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın ötən il üzrə icra statusu açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən ötən il təsdiqlənmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusu açıqlanıb.

Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.

Belə ki, strategiyada maliyyə sektoru üzrə müəyyənləşdirilmiş strateji fəaliyyətlərin icrasına dair hesabat hazırlanaraq Mərkəzi Bankın rəsmi veb-səhifəsində yerləşdirilib.

Hesabatda 31 dekabr 2024-cü il tarixinə plan üzrə icra olunan fəaliyyət istiqamətlərindən əlavə, həm də gecikən fəaliyyət istiqamətləri üzrə məlumatlar da öz əksini tapıb. Hesabatda, həmçinin hər sektor üzrə əsas nailiyyətlər, növbəti addımlar və ehtimal olunan kəmiyyət xarakterli potensialın 2024-cü ilin sonuna olan göstəriciləri üzrə təhlillər də qeyd olunub.

Xatırladaq ki, üçillik strategiya maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, həmçinin şәffaflıq və dayanıqlılığının gücləndirilməsi kimi strateji məqsədləri özündə əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti