Bakı. Trend:
Nominal effektiv məzənnənin möhkəmlənməsi həm bu il, həm də gələn il inflyasiyaya azaldıcı təsir göstərəcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, gələn il nominal effektiv məzənnənin 2.45 faiz bəndi azaldıcı təsir göstərəcəyi proqnozlaşdırılır:
"Ötən il ölkədə makroiqtisadi sabitlik təmin edilib. Bu il və
gələn il üçün də proqnozlarımız müsbətdir.
İnflyasiyanın hədəf diapazonunda qalması üçün əlimizdə olan bütün
sərəncamlardan istifadə edəcəyik".
