...

Qazaxıstan Azərbaycan üzərində neft ixracını genişləndirmək niyyətindədir

İqtisadiyyat Materials 23 Aprel 2025 12:43 (UTC +04:00)
Qazaxıstan Azərbaycan üzərində neft ixracını genişləndirmək niyyətindədir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan ekoloji məsuliyyətə xüsusi önəm verməklə Azərbaycan ərazisindən neft ixracı həcmini artırmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Strateji Tədqiqatlar İnstitutunun Qlobal iqtisadiyyat və dayanıqlıq inkişaf bölməsinin baş eksperti Baurjan Umirzakov Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının IV iclasında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, ölkələr arasındakı əməkdaşlıqda enerji sektoru xüsusilə də Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft ixracı mühüm istiqamətlərdən biri olaraq qalmaqdadır. Mövcud məhdudiyyətlərə baxmayaraq, Qazaxıstan tədarük həcmlərinin genişləndirilməsi imkanları nəzərdən keçirir və bu istiqamətdə aktiv iş aparır.

2024-cü ildə Qazaxıstanın 93 milyon ton neft hasil edəcəyi gözlənilir ki, bu da ötən illə müqayisədə 4 milyon ton çoxdur. Bu həcmdən təxminən 70 milyon tonu ixraca yönəldiləcək. İxracın əsas hissəsi ənənəvi olaraq Xəzər boru kəməri konsorsiumu vasitəsilə həyata keçirilsə də, alternativ marşrutlara, o cümlədən Azərbaycan üzərindən keçən yollara maraq artır.

Umirzakov bildirib ki, Qazaxıstan ardıcıl şəkildə tanker donanmasını və infrastrukturunu müasirləşdirir, eyni zamanda ölkənin 2030-cu ilə qədər olan ixrac potensialının uzunmüddətli artımının özəyini təşkil edən yataqlar – Tengiz və Kaşaqan yataqları üzərində işləri davam etdirir.

O, ekologiya məsələlərinin xüsusi diqqət mərkəzində olduğunu da vurğulayıb: “Məqsədimiz təkcə tədarük həcmini artırmaq deyil, bunu ekoloji məsuliyyət çərçivəsində həyata keçirməkdir. Biz yalnız bu gün haqqında deyil, 10–20 il sonra baş verə biləcək fəsadları barədə də düşünməliyik. Bu, xüsusilə iqlim dəyişiklikləri ilə bağlı çağırışlar və infrastruktur üzərində artan yük fonunda son dərəcə vacibdir”.

Umirzakov onu da əlavə edib ki, ixrac dəhlizinin genişləndirilməsi yalnız Azərbaycan tərəfi ilə sıx əlaqələndirmə şəraitində mümkündür, çünki Azərbaycan Bakı–Tbilisi–Ceyhan neft kəmərinin texniki imkanları və parametrləri barədə yaxşı məlumatlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti