...

"Fitch" ABŞ gömrük rüsumlarının MDB ölkələrinə təsirləri barədə

İqtisadiyyat Materials 24 Aprel 2025 11:49 (UTC +04:00)
"Fitch" ABŞ gömrük rüsumlarının MDB ölkələrinə təsirləri barədə
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ gömrük rüsumlarının MDB+ regionu ölkələrinə təsiri cüzi olacaq, belə ki, bu regiondan ABŞ-yə ixracın həcmi məhdud olaraq qalır.

Trend xəbər verir ki, bu barədə “Fitch” agentliyi məlumat yayıb.

“Ermənistan və Gürcüstan neft idxalçıları olsalar da, Azərbaycan və Qazaxıstan kimi neft ixrac edən ölkələrdə bankların neft-qaz sektorundan bir başa asılılığı azdır və onlar mühüm likvidlik buferlərinə malikdirlər. Yüksək səviyyəli xarici vəziyyətləri olan ölkələrdə, ələlxüsus da Özbəkistanda, dövlət bankları üçün təkrar-maliyyələşmə daha baha başa gələ bilər, bununla belə risklər dövlətin dəstəyi və əsasən də güzəştli şərtlərlə beynəlxal maliyyə institutları tərəfindən verilən xarici borcların, böyük əksəriyyətinin uzunmüddətli xarakteri daşıması hesabına yumşaq səciyyə daşıyır”,- “Fitch”in hesabatında qeyd olunur.

Reytinq agentliyinin analitikləri qeyd edirlər ki, ABŞ-də gömrük rüsumlarının əhəmiyyətli şəkildə qaldırılmasından sonra ABŞ dolları zəifləsə də, bu tendensiyanın “U” dönüşü baş verərsə, milli valyutalarının potensial olaraq dəyərdən düşməsi yüksək dollarlaşma səviyyəsi olan ölkələrdə akvitlərin kefiyyətinin pisləşməsinə yol aça bilər.

“Bununla belə, əksər banklar orta səviyyəli itkilərə dözə biləcək imkanlara malikdirlər və milli (maliyyə) tənzimləyiciləri zərurət yarandıqda öz valyutalarını dəstəkləyə bilərlər”, – hesabatda vurğulanır.

Afrika regionuna gəlincə, "Fitch"in fikrincə, neft qiymətlərinin azalmasına qarşı ən həssas ölkələr Nigeriya və Anqoladır, bu isə çox güman ki, aktivlərin keyfiyyətinin və xarici valyutada likvidliyin zəifləməsinə gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti