...

Bu il "Turkmen Alem 52E"i əvəz edəcək peykin istehsalına başlanılması planlaşdırılır

İqtisadiyyat Materials 24 Aprel 2025 15:39 (UTC +04:00)
Bu il "Turkmen Alem 52E"i əvəz edəcək peykin istehsalına başlanılması planlaşdırılır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna qədər Türkmənistana məxsus “MonacoSat-1” (Türkmen Alem 52E) peykinin əvəzləyicisinin istehsalına başlanılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu “SSİ-Monaco”nun prezidenti və baş icraçı direktoru İlhami Ayqun Bakıda keçirilən Kosmik Texnologiyalar üzrə Konfransda (Space Technology Conference, STC2025) çıxışı zamanı bildirib.

“2015-ci ildə biz ilk peykimizi – “MonacoSat-1”i buraxmışıq. Biz onun gücünün üçdə iki hissəsini Türkmənistana icarəyə verdiyimizə görə, o, artıq “Turkmen Alem 52E” adı ilə tanınır”, - deyə İlhami Ayqun bildirib.

Onun sözlərinə görə, peykin xidmət müddəti 2030-cu ilə qədər nəzərdə tutulsa da, onu 2028-ci ildən gec olmamaq şərtilə əvəzləmək vacibdir.

“İlin sonunda biz, həmçinin, eyni regionu əhatə edən Ku diapazonunda fəaliyyət göstərəcək əvəzləyici peykin istehsalına başlamağı planlaşdırırıq”, - deyə Ayqun bildirib.

O əlavə edib ki, hazırda şirkət yeni layihələri, o cümlədən, “MonacoSat-2” layihəsini aktiv şəkildə inkişaf etdirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti