...

Maliyyə Nazirliyi xəzinə qalığı ilə bağlı növbəti depozit hərracı keçirdi

İqtisadiyyat Materials 24 Aprel 2025 18:40 (UTC +04:00)
Maliyyə Nazirliyi xəzinə qalığı ilə bağlı növbəti depozit hərracı keçirdi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend6

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 24 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti