...

Neft bazarıında dəyişkənlik rekord yüksək səviyyəyə çatıb

İqtisadiyyat Materials 25 Aprel 2025 15:20 (UTC +04:00)
Neft bazarıında dəyişkənlik rekord yüksək səviyyəyə çatıb
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Neft bazarı həm faktiki, həm də gözlənilən göstəricilər əsasında son dərəcə yüksək dəyişkənlik dövründən keçməkdədir.

Trend xəbər verir ki, bunu “Viento” şirkətinin direktoru Vladimir Beruçaşvili Bakıda keçirilən Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumund çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda neft bazarında həm tarixi, həm də nəzərdə tutulan dəyişkənlik göstəriciləri son dərəcə yüksək səviyyədədir. Xüsusilə 2025-ci il aprelin 23-nə olan məlumata əsasən, SBOE – OVX dəyişkənlik indeksinin göstəricisi 43,55 bənd təşkil edib. Bu da bazar iştirakçılarının gələcək qiymət dəyişiklikləri ilə bağlı artan qeyri-müəyyənliyi və gərgin gözləntilərini əks etdirir.

Beruçaşvili onu da əlavə edib ki, 2025-ci ilin iyul ayında başa çatacaq Brent markalı neft üzrə opsionların dəyişkənliyi 33-54 faiz intervalında dəyişir ki, bu da sözügedən seqment üçün olduqca yüksək səviyyə hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti