...

Azərbaycan və Belarus hökumətləri arasında baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

İqtisadiyyat Materials 5 May 2025 15:44 (UTC +04:00)
Azərbaycan və Belarus hökumətləri arasında baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında geniştərkibli görüş çərçivəsində baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.

Trend xəbər verir ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair 2025-2027-ci illər üçün Tədbirlər Planı” sənədini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin birinci müavini Aleksandr Lomski imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti