...

Azərbaycan və Belarus arasında ticari-iqtisadi əlaqələr artım nümayiş etdirir - AZPROMO

İqtisadiyyat Materials 5 May 2025 17:13 (UTC +04:00)
Azərbaycan və Belarus arasında ticari-iqtisadi əlaqələr artım nümayiş etdirir - AZPROMO
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin birinci rübündə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 100 milyon dolları ötüb.

Trend-in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakı şəhərində keçirilən Azərbaycan–Belarus biznes-forumu çərçivəsində etdiyi çıxışda danışıb.

Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq dayanıqlı müsbət dinamika nümayiş etdirir:

“Azərbaycan məhsullarının Belarusa ixracı 82 faiz artıb və 18 milyon dollar təşkil edib”,- deyə o qeyd edib.

Y. Abdullayev, həmçinin, Azərbaycan alkoqollu məhsullarının Belarus paytaxtında fəal şəkildə təşviq edildiyini vurğulayıb:

"Biz Minskdə Azərbaycan şərablarına artan marağın şahidi olmaqdayıq. Bu, iqtisadi əlaqələrin möhkəmlənməsinin əlamətlərindən biridir”, - deyə o bildirib.

O, həmçinin, Gəncə Avtomobil Zavodunun Minsk Traktor Zavodu ilə uğurlu əməkdaşlığını qeyd edib:

"2007-ci ildən bəri əməkdaşlıq çərçivəsində 14 mindən çox traktor və 3 mindən artıq yük avtomobili istehsal olunub".

"Əminik ki, yaxın illərdə investisiya və ticarət əlaqələrimiz daha da genişlənəcək", - deyə Y.Abdullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti