Bakı. Trend:
Bakıda Azərbaycan və Belarus arasında keçirilən biznes-forum çərçivəsində bir sıra sazişlər bağlanıb.
Trend-in müxbirinin verdiyi xəbərə görə, tədbirin sonunda aşağıdakı sənədlər imzalanıb:
- Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum;
- “Mostovdrev” və “Sosna” şirkətləri arasında məhsul tədarükünə dair üç müqavilə;
- “Kamvol” şirkəti ilə “Smart Style” arasında məhsul tədarükü haqqında müqavilə;
- “Spartak” şirkəti ilə “AZNUR” arasında məhsul tədarükünə dair müqavilə;
– “Minsk Süd Zavodu №1” ilə “AZNUR” arasında əməkdaşlıq haqqında saziş;
– “Minsk Süd Zavodu №1” ilə “Araz Supermarket” arasında əməkdaşlıq haqqında saziş;
– “Mark Formelle” ilə “N-Qrup” arasında niyyət sazişləri.