...

Azərbaycan şirkətləri Belarusda rəsmi alqı-satqılarda iştirak edə biləcəklər

İqtisadiyyat Materials 5 May 2025 17:42 (UTC +04:00)
Azərbaycan şirkətləri Belarusda rəsmi alqı-satqılarda iştirak edə biləcəklər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ticarətyönümlü önəmli sənədlər imzalandı. Eyni zamanda, KOBİA-nın Belarusun Əmtəə Birjası ilə imzaladığı sənəd də xüsusi önəm kəsb edir.

Trend xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən Azərbaycan-Belarus biznes-forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.

O bildirib ki, bu birja Belarus dövləti tərəfindən dövlət alımları və digər önəmli alımlar istiqamətində olan yeganə vahid bir platformadır:

"KOBİA vasitəsilə və AZPROMO-nun dəstəyi ilə biz düşünürük ki, şirkətlərimiz Belarusda keçirilən tenderlərdə, böyük alımlarda iştirak edə biləcəklər. Bu, praktiki bir addımdır və ikitərəfli ticarət əlaqələrinin artımına böyük töhfə verəcək".

Xəbər lenti

Xəbər lenti