Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 4,1 milyon ABŞ dolları dəyərində nar ixrac olunub.
Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41.9% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771.9 milyon ABŞ dolları təşkil edib.
Eyni zamanda 2025-ci ilin yanvar-mart aylarında yeyinti məhsulları 15,1% artaraq 224,7 milyon ABŞ dollarına bərabər olub.