Bakı. Trend:
Azərbaycan-İran sərhədində yerləşən Biləsuvar gömrük postunda 125 avtomobil gözləyir.
Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 98, “Qırmızı Körpü” gömrük postunda 450, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 87 yük maşını var. Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.
AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır", - məlumatda deyilir.