...

II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 14 May 2025 12:16 (UTC +04:00)
II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib.

Trend xəbər verir ki, forum Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində baş tutub.

Forumda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin direktoru Elviz İsmayılov, Azərbaycan Robototexnika və Mühəndislik Akademiyasının Əməliyyatlar üzrə baş meneceri Ziya İsmayılov, “TİM İnternational” MMC-nin şöbə müdiri Attilio Somma, “Digital Umbrella” MMC-nin İnnovasiya və Rəqəmsal inkişaf şöbəsinin rəhbəri Leyla Hacıyeva, "Peerstack Akademy”nin baş icraçı direktoru Camal Rzayev iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, gələn ildən başlayaraq bizim təşkil etdiyimiz kənd təsərrüfatı sərgisi artıq yeni formatda təşkil olunacaq.

O bildirib ki, gələn ildən "Agri Week", yəni kənd təsərrüfatı həftəsi çərçivəsi keçiriləcək:

"Bu da daha çox bizim fermerlərimiz, təsərrüfatlarımız, təchizatçı şirkətlərimiz üçün imkan verəcək ki, fərqli məkanlarda daha çox əlaqələr quramaqda vaxt və fürsətlər əldə edə bilsinlər. Bu tədbirlər təkcə Bakı Ekspo Mərkəzində deyil, həmçinin, özəl təsərrüfatların ərazisində təşkil olunacaq".

"Onu da qeyd etmək istəyirəm ki, üç gün ərzində təşkil olunacaq Beynəlxalq aaqrar İnnovasiya Forumu aqrar sahənin əsas prioritet istiqamətlərinə həsr olunacaq", - A.Cəfərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti