Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında magistral neft kəmərləri ilə 12,233 milyon ton neft nəql edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 555 min ton və ya 4,3% azdır. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında magistral neft kəmərləri ilə 12,788 milyon ton neft nəql edilmişdi.
Qeyd edək ki, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.