...

Azərbaycanda kənd təsərrüfatı təyinatlı dronlar istehsal olunacaq

İqtisadiyyat Materials 15 May 2025 15:57 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı təyinatlı dronlar istehsal olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatı təyinatlı dronlar istehsal olunacaq.

Trend xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") üçüncü günü çərçivəsində təşkil olunan 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda çıxışı zamanı deyib.

O bildirib, sözügedən dronların istehsalı ilə bağlı Azərbaycan və Türkiyə şirkətləri razılıq əldə ediblər: "Həmin istehsal olunacaq kənd təsərrüfatı təyinatlı dronlar nazirliyin güzəşt tətbiq olunan innovativ avadanlıqlar siyahısına salınıb.

Bununla da bizim yerli fermerlərimiz, şirkətlərimiz o dronlardan sifariş etdiyi təqdirdə 40% dövlət dəstəyi əldə edə biləcəklər. Bu da təbii ki, dövlətin yerli istehsala göstərdiyi dəstəyi özündə ehtiva edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti