Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 16,6 min ton ət idxal edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda ət idxalına çəkilən xərc 34 milyon ABŞ dolları təşkil edib.
Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 76 ton və ya 0,5%, dəyər ifadəsi ilə 2,5 milyon ABŞ dolları, yaxud da 6,8% azalıb.
Belə ki, ötən ilin ilk 4 ayında Azərbaycana 16,7 min ton miqdarında, 36,5 milyon ABŞ dolları dəyərində ət idxal edilmişdi.
Cari ilin yanvar-aprel aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 192,3 min ton ət istehsal edilib. 2024-сü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,2 min ton və ya 1,2% artıb. 2024-cü ilin eyni dövründə Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 190,1 min ton ət istehsal edilmişdi.