...

Azərbaycanla ABŞ arasında ticarət əməliyyatları iki dəfədən çox artıb

İqtisadiyyat Materials 21 May 2025 14:14 (UTC +04:00)
Azərbaycanla ABŞ arasında ticarət əməliyyatları iki dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 461 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 249,9 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,72%-i həcmində olub. Bununla da ABŞ Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci yerdə qərarlaşıb.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) 24 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,2 milyon ABŞ dolları və ya 42,9% çoxdur.

Eyni zamanda 2025-ci ilin yanvar-aprel aylarında ABŞ-dən Azərbaycana 437 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 242,7 milyon ABŞ dolları və ya 2,2 dəfə artım deməkdir. Bu göstərici ilə ABŞ Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Bundan başqa, 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Amerika Birləşmiş Ştatlarına 24 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 7,3 milyon ABŞ dolları və ya 44,1% çoxdur.

Hesabat dövründə ABŞ-yə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 2,25% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcıları arasında 8-ci yerdə mövqe tutub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.

Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti