Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycana Türkmənistandan 128 milyon kubmetr həcmində təbii qaz idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə qazın alışına çəkilən xərc 19,2 milyon ABŞ dolları olub.
Türkmənistandan təbii qazın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 117,9 milyon kubmetr və ya 1,9 dəfə, dəyər ifadəsi ilə 17,7 milyon ABŞ dolları, yaxud da 1,9 dəfə azalıb.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycana Türkmənistandan 245,9 milyon kubmetr həcmində, 36,9 milyon ABŞ dolları dəyərində təbii qaz idxal edilmişdi.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycana idxal edilən təbii qazın həcmi 145,6 milyon kubmetr, dəyəri isə 22,4 milyon ABŞ dolları olub. Bununla yanaşı, ilin ilk üç ayında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 5,9 milyard kubmetr, dəyəri isə 2,2 milyard ABŞ dolları təkil edib.
Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.