Bakı. Trend:
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO çalışan əməkdaşların təqribən 40%-i qadınlardır.
Trend xəbər verir ki, bu sözləri AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev Bakıda keçrilən "SHE Kongress 2025" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda AZPROMO-da 4 müşavir fəaliyyət göstərir və onların 50%-i qadınlardır: "Bu gün həmin xanım müşavirlərdən biri bu konqresdə iştirak edir.
Ümumiyyətlə, AZPROMO sahibkarlığın inkişafına dəstək verir. Biz həm ölkə daxilində, həm də xaricdə müxtəlif formatlı tədbirlər-biznes forumlar, dəyirmi masalar və digər görüşlər təşkil edirik".
"Bu ilin iyun ayında Bakıda beynəlxalq investisiya forumu təşkil ediləcək. Forumun əsas tərəfdaşı “Sea Breeze”dir və forum orada təşkil ediləcək", - Y. Abdullayev qeyd edib.