Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 85,1 min ton şəkər və qənd istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,8 min ton və ya 59,7% çoxdur.
Belə ki, 2024-cü ilin ilk 4 ayında Azərbaycanda 53,3 min ton şəkər və qənd istehsal edilmişdi.
Cari ilin may ayının birinə ölkədə hazır məhsul ehtiyatının miqdarı 5,7 min ton olub ki, bu da, illik müqayisədə 2,4 min ton və ya 72,7% çoxdur.