Bakı. Trend:
Azərbaycanla Qazaxıstan arasında maliyyə bazarlarına nəzarət müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Qazaxıstanda işgüzar səfər çərçivəsində Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova ilə görüşdük. Maliyyə bazarlarının tənzinlənməsi və nəzarəti sahəsində mühüm məsələlərin müzakirəsindən sonra qurumlar arasında Anlaşma Memorandumu imzaladıq.
Memorandum çərçivəsində maliyyə bazarının vəziyyəti və inkişafı, maliyyə bazarının tənzimlənməsi və nəzarətinin standartları, eləcə də innovativ mexanizmləri üzrə qarşılıqlı səfərlər keçiriləcək, bazar iştirakçılarının fəaliyyətinə nəzarət və monitorinqi mexanizmlərinin təkmilləşdirilməsi, istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində təcrübə və məlumat mübadilələri genişləndiriləcək, ümumilikdə, təcrübə mübadilələri, təlim və seminarlar, birgə tədqiqat və bilik mübadilələrinin təşkili diqqətdə saxlanılacaq", - deyə paylaşımda qeyd edilib.