...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 28 May 2025 09:17 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,29 ABŞ dolları və ya 1,9% azalaraq, 66,43 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,25 dollar və ya 1,88% ucuzlaşaraq 65,15 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,29 dollar və ya 2,46% azalaraq, 51,1 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,32 dollar və ya 2,01% azalaraq 64,26 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti