...

Qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərinin yanvar-aprel ayları üzrə renkinqi

İqtisadiyyat Materials 29 May 2025 15:22 (UTC +04:00)
Qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərinin yanvar-aprel ayları üzrə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin yanvar-aprel ayları üzrə renkinqi açıqlanıb.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayına istinadən xəbər verir.

Məlumata görə, məxsus əsas ixracatçı subyektlərdən ən çox ixrac gəliri əldə edən şirkət Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi olub. İdarə 140,8 milyon ABŞ dolları dəyərində ixrac gəliri əldə edib.

Siyahının ikinci yerində 82,5 milyon ABŞ dolları ixrac gəliri ilə “SOCAR Polymer" MMC (dövlət-özəl sektor tərəfdaşlığı nəticəsində yaranan müəssisə), üçüncü yerində isə 68,4 milyon ABŞ dolları ixrac gəliri ilə “AzerGold" QSC dayanıb.

Qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin yanvar-aprel ayları üzrə renkinqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Şirkətlər Məbləğ (milyon ABŞ dolları)
ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 140,8
“SOCAR Polymer" MMC 82,5
“AzerGold" QSC 68,4
“Azəralüminium" MMC 49,6
ARDNŞ-nın Qaz İxrac İdarəsi 26,9
“Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 11,6
"Azərbaycan Hava Yollari" QSC 5,8
“AzərEnerji" ATSC 1,8
Naxçıvan MR Dövlət Energetika Xidməti 324 min ABŞ dolları
“Qaradağ Şüşə Zavodu” ASC 59,8 min ABŞ dolları
Məqalədə:
Xəbər lenti

Xəbər lenti